"Azarkeşlərdən üzr istəyirəm" - Luis Enrike

00:45 7 Dekabr 2022

“Futbol gözəl idman növüdür, lakin elə bir xüsusiyyəti var ki, komanda hücum etmədən qalib gələ bilər. Bu matçda üstün tərəf idik.  11 zərbəmiz oldu, amma onlaran biri hədəfə dəydi.  Penaltilər bizi ruhdan saldı. Amma komanda ilə fəxr edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri İspaniya millisininin baş məşqçisi Luis Enrike DÇ-2022-nin 1/8 finalında Mərakeşə uduzduqları oyundan sonra deyib.

 

"Penaltilər tamamilə mənim məsuliyyətimdir. İlk üç oyunçunu mən seçdim, qalanları isə futbolçular özləri həll edir" - məşqçi bildirib.

 

Mütəxəssis İspaniya azarkeşlərindən üzr istəyib: "Çünki onlar bizi çox yaxşı dəstəklədilər, bizim üçün narahat oldular. Bağışlayın. Biz bütün gücümüzlə oynadıq. İndi  yalnız Mərakeşi təbrik etmək qalır".

 

Enrike gələcəyi haqqında isə danışmaq istəməyib: "İndi mən evə getmək istəyirəm və gələn həftə bu məsələləri müzakirə edəcəyik”


Digər xəbərlər

Xəbər xətti