Mərakeş xalqını daha çoxu ilə sevindirmək istəyirik. Heyətimizlə qürur duyuruq. Bu da bizi daha yaxşı olmağa vadar edir. Oyunçularım möhtəşəm iş gördü. Dünyanın ən yaxşı komandalarından birinə, turnirin bəlkə də ən yaxşı millisinə qarşı əla mübarizə apardıq və qələbə qazandıq".
Sportarena.az xəbər verir ki, bu sözləri Mərakeş millisinin baş məşqisi Valid Reqraqi DÇ-2022-nin 1/8 finalında İspaniyaya qalib gəldikləri oyundan sonra deyib.
"Matçda çox enerji itirdik. İspaniya bizi topa görə çox yordu. Amma dünyanın ən yaxşı qapıçılarımdan birinə sahibik" - məşqçi bildirib.
Mütəxəssis hədəflərinin finala çıxmaq olduğunu vurğulayıb: "Daha da irəli getmək üçün mübarizəyə davam edəcəyik. Səylərimizin qarşılığını meydanda görmək gözəldir. Bu yola çıxarkən iddialı olmağımızın vacibliyini söyləmişdim. Futbolçular buna inandı. Çünki bütün oyunçular vətən üçün ölməyə hazırdırlar. Bu qələbəni Mərakeş xalqına həsr edirəm".
Qeyd edək ki, Mərakeş 1/4 finalda dekabrın 10-u Portuqaliya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.