Ronaldo "Əl Nəsr"ə keçir? - Özü açıqladı

09:56 7 Dekabr 2022

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna keçəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı hücumçu "Record"a açıqlamasında bu məlumatların doğru olmadığını bildirib.

 

"Mən "Əl Nəsr"ə keçirəm? Xeyr, bu doğru deyil" - deyə Ronaldo qeyd edib.

 

Xatırladaq ki, İspaniyanın “Marca” qəzeti Ronaldonun “Əl Nəsr”lə müqavilə bağladığını və transferin yanvarın 1-də açıqlanacağını yazmışdı.


Digər xəbərlər

Xəbər xətti