Böyüdüyü ölkəni doğulduğu ölkə ilə çempionatdan uzaqlaşdırdı

10:37 7 Dekabr 2022

DÇ-2022-nin 1/8 final mərhələsində Mərakeş və İspaniya milliləri üz-üzə gəldi.

 

Sportarena.az xəbər verir ki, əsas və əlavə vaxtında qol səsi çıxmayan matç penaltilər seriyasına uzandı.

 

Penaltilər seriyasında Mərakeş rəqibini 3:0 hesabı ilə məğlub edərək 1/4 finala adladı.

 

Mərakeşin qələbə qolu isə Əşrəf Hakimidən gəldi.

 

Hakimi və ailəsi İspanyaya köçmüş miqrantlar idi. Getafe-də böyüyən Əşrəf Hakiminin anası xadimə, atası isə küçə satıcısı olub. İspanya milli komandasını seçmək şansı olsa da doğma ölkəsi adına çıxış etməyi üstün tutub və doğma komandası ilə bugün böyüdüyü ölkəni çempionatdan uzaqlaşdırdı.

 

Qeyd edək ki, Mərakeş 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq. Matç dekabrın 10-da oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti