Azərbaycan Premyer Liqası: "Qarabağ"ın oyunçusu ili başa vurdu

10:53 7 Dekabr 2022

Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçuları  Kevin Medinanın və Qara Qarayevin vəziyyətinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan uzaqda qalacaq.

 

İli vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Həmin görüşdə xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil. 30 yaşlı yarımmüdafiəçi 2-3 gündən sonra komanda ilə məşqlərə qoşulacaq.

 

Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti