“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransa klubu “Sent-Etyen”dən ayrıla bilər.
Sportarena.az “Peuple-vert.fr”ya istinadən xəbər verir ki, seneqallı hücumçu mövsümün əvvəlində Azərbaycan çempionundan keçdiyi Liqa 2 klubunda ümidləri doğrultmayıb.
Baş məşqçi Loren Battlzın istəyi ilə “Sent-Etyen” rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu qaytarmaq qərarına gəlib. Fil Dişi Sahilidən olan forvardın icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, “Sent-Etyen” onu yanvarda yenidən heyətinə cəlb etməyə çalışacaq.
Qeyd edək ki, “Qarabağ” 2021-ci ilin yayında Norveç “Höqesunn”undan transfer etdiyi İbrahima Vadjini bu ilin avqustunda “Sent-Etyen”ə satıb. Komandası ilə 3 illik müqavilə imzalayan 27 yaşlı hücumçu fransızların heyətində keçirdiyi 10 oyunda 3 qol vurub.