“Bu qələbəni bütün Mərakeş xalqına həsr edirəm. Topa yaxşı sahib olan İspaniya komandasına qarşı 120 dəqiqə diqqəti saxlamaq asan deyil”.
Sportarena.az xəbər verir ki, bu sözləri Mərakeş millisinin qapıçısı Yassin Bunu DÇ-2022-nin 1/8 finalında İspaniyaya penaltilər seriyasında qalib gəldikləri (3:0) oyundan sonra deyib.
İspanların iki penaltisini dəf edərək oyunun qəhrəmanına çevrilən “Sevilya”nın qapıçısı “beIN Sports”a açıqlamasında inanımaz bir qələbə qazandıqlarını bildirib:
“Penaltiləri dəf etməyim bir az intuisiya, bir az şansdır. Əsas odur ki, biz qalib gəldik. Bu, ən vacib şeydir. Bütün komandaya təbrik düşür. İşi onlar gördülər. Bu, inanılmaz idi”.
Qeyd edək ki, tarixində ilk dəfə dünya çempionatının 1/4 finalına yüksələn Mərakeş bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq. Oyun dekabrın 10-da keçiriləcək.