"Mənim Ronaldo ilə problemi yoxdur" - Fernando Santuş

11:49 7 Dekabr 2022

“Yaxşı çıxış etdik. Gözəl oyun oldu. Futbolçuları təbrik edirəm. Onlar özlərini yaxşı tərəfdən göstərdilər, amma indi göydən yerə enməli olacaqlar. Hər şey əla idi. Amma 3 gün sonra növbəti matçımız var. Əvəzetmələr bir oyun strategiyası idi, bütün oyunçular fərqlidir. Mən həmçinin Dalotu, Rafael Qerreyrunu meydana buraxdım. Halbuki, Kanselo da heyrətamiz oyunçudur.

 

Sportarena.az xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş DÇ-2022-nin 1/8 finalında İsveçrəyə qalib gələrək 1/4 finala yüksəlmələrini (6:1) şərh edərkən deyib.

 

Fernando Santuş start heyətdə yer vermədiyi millinin kapitanı Kriştiano Ronaldo ilə münasibətləri barədə də bunları deyib: "Mənim Ronaldo ilə problemim yoxdur. Biz uzun illərdir dostuq. Oyunçular bəzi qərarları verir, bu, heç bir şəkildə bizə təsir etmir. Artıq dedim ki, bu məsələ nəhayət həll olundu və o, böyük kapitan kimi gözəl nümunə göstərdi".

 

Santuş 1/4 finalda Mərakeşlə keçirəcəkləri matç haqqında da danışıb: "Mərakeşə gəlincə, İspaniyanı məğlub etdilər. 2018-ci il dünya çempionatında bizə çoxlu problem yaratdıqlarını xatırlayıram".


Digər xəbərlər

Xəbər xətti