"Arsenal"ın və Braziliya yığmasının futbolçusu Qabriel Jesusun son durumu məlum olub.
Sportarena.az "The Guardian"a isinadən xəbər verir ki, millinin düşərgəsində dizindən zədə alan hücumçu əməliyyat olunub. Qabriel azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Jesus bu mövsüm "Arsenal"la 21 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib. O, hazırda keçirilən mundialda Braziliya millisində iki oyuna çıxıb.