"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bilinib

Sportarena.az      7 Dekabr 2022 , 12:51

"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin bütün iştirakçıları bəlli olub.

 

Sportarena.az xəbər verir ki, son olaraq Abdulla Qədimbəyli, çinli Van Hao, İspaniya təmsilçisi Valeho Pons, ABŞ idmançısı Semuel Şenklend də yarışda iştiraklarını təsdiqləyiblər.

 

Daha əvvəl Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport, hindistanlı Qukeş Dommaracu və özbəkistanlı Nodirbek Abdusattorovun da turnirə qatılacağı açıqlanmışdı.

 

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

 

Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17 - 24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin