“Bu gün bayrağımızla, ölkəmizlə və oyunçularımızla hər zamankındən daha çox fəxr edirəm. İspaniya uduzmur, İspaniya öyrənir. İspaniya, yıxılır, büdrəyir, amma qalxır və davam edir. Biz geri qayıdacağıq və güclənəcəyik. İrəli, İspaniya!"
Sportarena.az xəbər verir ki, bunu uzun müddət İspaniya millisinin kapitanlıq sarğısını daşıyan Serxio Ramos sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Ramosun İspaniya millisinin dünya çempionatı üçün iştirak ərizəsinə daxil edilmədiyi üçün azarkeşlər və futbol mütəxəssisləri yığmanın baş məşqçisi Luis Enrikeni xeyli tənqid etmişdi.
Qeyd edək ki, İspaniya Mərakeşə penaltilərlə (0:3) uduzaraq mundilla vidalaşıb.