“Hazırda Messi bütün Argentinadır. Hər şey onun əlindən keçir, top daim onun ayağındadır. Düşünürəm ki, Messi əla formadadır. O, şübhəsiz ki, dünya çempionatında axtarılması lazım olan oyunçulardan biridi".
Sportarena.az xəbər verir ki, bunu Braziliya millisinin futbolçusu Dani Alveş Argentina millisinin kapitanı Lionel Messinin DÇ-2022-dəki çıxışı barədə danışarkən deyib.
Alveş Argentinadan əvvəl Xorvatiya ilə oynayacaqları oyunu düşündüklərini deyib: "Amma hələlik Argentina ilə mümkün yarımfinal haqda düşünməməliyik. Əvvəlcə 1/4 finalda Xorvatiyaya qarşı oynamalı olacağıq”.
Qeyd edək ki, dekabrın 9-u Argentina millisi 1/4 finalda Niderlandla, Braziliya isə Xorvatiya ilə qarşılaşacaq. Argentina və Braziliya mərhələ adlayacaqları təqdirdə dekabrın 13-ü yarımfinalda bir-birləri ilə qarşılaşacaqlar.