“Sumqayıt” qış hazırlıq planını açıqladı

Sportarena.az      7 Dekabr 2022 , 15:52

“Sumqayıt” klubunun qış təlim-məşq toplanışı planı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, komanda mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək.

 

2023-cü il yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddətdə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçi Samir Abasov yetirmələrini yanvarın 12-də və 17-dəki matçlarda sınayacaq. Ancaq rəqiblərin kimliyi hələ məlum deyil.

 

Qeyd edək ki, Premyer Liqanın ilk 16 turunda 9 xal toplayan “Sumqayıt” turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin