"Qalatasaray" futbolçusu Yunus Akgünlə müqaviləni yeniləyib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı vinger ilə 2026-cı ilin yayına qədər sözləşmə imzalayıb.
Qeyd edək ki, Yunus 2018-ci ildən "Qalatasaray"da çıxış edir. O, bu mövsüm 16 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.