Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva Argentina yığmasının hücumçusu Lionel Messinin DÇ-2022-dəki çıxışından danışıb.
Sportarena.az "Ole"yə istinadən xəbər verir ki, o, mundialda Portuqaliya-Argentina finalı olacağı təqdirdə, Messinin meydana girməsini istəməyəcəyini söyləyib:
“Messi Messidir... Bu, hər kəsin bacarıqları haqqında bildiyi bir oyunçudur. Ümid edirik ki, Portuqaliya dünya çempionatının finalında Argentina ilə qarşılaşsa, Messi oynamayacaq və ya çox pis oynayacaq (gülür)".
Xatırladaq ki, Portuqaliya 1/4 finalda Mərakeşlə (10 dekabr), Argentina Niderlandla (9 dekabr) qarşılaşacaq. Portuqaliya və Argentina mübarizəni davam etdirəcəkləri təqdirdə, finalda bir-birləri ilə üz-üzə gələcəklər.