“Qarabağ” liqada məğlubedilməzdir” - UEFA paylaşım etdi

22:20 7 Dekabr 2022

UEFA Konfrans Liqasının rəsmi "İnstaqram" səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin bu mövsüm Azərbaycan Premyer Liqasında məğlub olmadığı vurğulanıb: “Qarabağ” liqada məğlubedilməzdir. 16 oyun, 14 qələbə, 2 heç-heçə".

 

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-offunda Belçika "Gent"i ilə qarşılaşacaq. Komanda ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Xatırladaq ki, "Qarabağ" ölkə çempionatında 44 xalla 1-cidir.


Digər xəbərlər

Xəbər xətti