Azərbaycan Kuboku: "Neftçi" "Zirə"yə uduzdu, "Qarabağ" və "Qəbələ" bərabərə qaldı - YENİLƏNİB

22:23 8 Dekabr 2022

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları baş tutub.

 

Sportarena.az xəbər verir ki, bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

 

Günün ilk qarşılaşmasında "Zirə" "Neftçi"ni qonaq edib.  Zirə İK stadionunda oynanılan matçda ev sahibi komanda minimal hesabla qalib gəlib.

 

Günün digər qarşılaşmasında isə "Qarabağ" və "Qəbələ" klubları üz-üzə gəlib. Azersun arenada baş tutan matçda 4 qol vuruldu, amma qalib gələn olmadı.

 

8 dekabr (cümə axşamı)

“Zirə” 1:0 “Neftçi” (yekun)

Rəşad Sadıxov (1:0)

 

“Qarabağ” 2:2 “Qəbələ” (yekun)

Emil Səfərov (0:1)

Musa Qurbanlı (1:1)

Musa Qurbanlı (2:1)

Omar Hani (2:2)


Digər xəbərlər

Xəbər xətti