İngiltərə millisinin və "Arsenal"ın hücumçusu Bukayo Saka ilə Devid Bekhem arasında maraqlı dialoq yaşanıb.
Sportarena.az xəbər verir ki, sosial şəbəkələrdə gənc forvardın Bekhemdən birlikdə şəkil çəkdirməyi istəməsini əks etdirən video yayılıb.
Yarımmüdafiəçi millinin baş məşqçisi Qaret Sautqeytlə söhbətləşən veteran futbolçuya yaxınlaşaraq ondan belə xahiş edir: “Bağışlayın, sözünüzü kəsdim, sizinlə şəkil çəkdirə bilərəm?”.