Laurentsiu Regekampf üçün daha bir namizəd

10:47 8 Dekabr 2022

"Neftçi"nin sükanı arxasında olan Laurentsiu Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir. "Universitatya Krayova" klubunun rəhbərliyi Mirel Redoyun istefasından sonra 47 yaşlı mütəxəssisi yenidən bu posta gətirmək niyyətindədir.
 
"Ağ-qaralar"ın yaxşı nəticələr əldə olunmadığı üçün rumıniyalı baş məşqçi ilə vidalaşa biləcəyi vurğulanıb.
 
Qeyd edək ki, Laurentsiu Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. Daha əvvəl onun "Styaua"ya dönmək ehtimalının olduğu da bildirilib.


Digər xəbərlər

Xəbər xətti