"PSJ" dünya çempionatında iştirak edən futbolçularını geri çağırdı

11:27 8 Dekabr 2022

"PSJ"nin Portuqaliya millisində çıxış edən futbolçularından müdafiəçi Nuno Mendeş və yarımmüdafiəçi Danilo Perreyra yığmanın Qətərdəki düşərgəsini tərk edəcək.

 

Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, "PSJ" rəhbərliyi futbolçulardan 2022-ci il dünya çempionatında aldığı zədələrin müalicəsi üçün Parisə qayıtmağı xahiş edib.

 

Mendeş qrup mərhələsinin Uruqvaya qarşı matçının sonunda (2:0) omba nahiyəsindən zədələnib.  Perreyra isə turnirin açılış matçında  qabırğasını sındırıb.

 

Qeyd edək ki, Portuqaliya millisi 1/4 finalda Mərakeşlə üz-üzə gələcək. Qarşılaşma dekabrın 10-da oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti