FİFA Xorvatiya Futbol Federasiyasını cərimələyib.
Sportarena.az xəbər verir ki, bu haqda federasiyanın rəsmi saytı məlumat yayıb.
Sözügedən ölkədən olan azarkeşlər DÇ-2022-də Kanada ilə oyun zamanı rəqib qapıçını təhqir etdikləri üçün federasiyaya 50 min avro cərimə kəsilib.
Qeyd edək ki, Xorvatiya mundialın 1/4 final mərhələsi çərçivəsində dekabrın 9-u Braziliya ilə qarşılaşacaq.