"Messinin penaltisini dəf edə bilərəm" - Andries Noppert

12:41 8 Dekabr 2022

Niderland millisinin qapıçısı Andries Noppert DÇ-2022-nin 1/4 finalında Argentina ilə oyun öncəsi fikirlərini bildirib.

 

Sportarena.az "NOS"a istinadən xəbər verir ki, o, rəqib komandanın hücumçusu Lionel Messinin penalti zərbəsini dəf edə biləcəyini söyləyib:

 

“Messi bizə penalti vursa, nə olacaq? Onda mən hazır olacağam. Amma o, penaltini düzgün yerinə yetirməyə bilər. Biz bunu turnirin əvvəlində gördük. O da bizim kimi  insandır" .

 

Xatırladaq ki, Messi DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanı ilə oyunda (1:2) penaltini qola çevirə bilməmişdi.

 

Qeyd edək ki, sabah keçiriləcək Niderland - Argentina matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq


Digər xəbərlər

Xəbər xətti