"Kubokda ilk oyunu şərh etməyi heç sevmirəm. Sanki birinci hissədə oynayırsan, fasilədə matçı şərh edirsən. Meydanda amansız mübarizə getdi. Əsl kubok avb-havası var idi. Böyük hesab yoxdursa, demək, məsələ cavab görüşündə həll ediləcək".
Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 finalının "Neftçi"yə qalib gəldikləri ilk oyunundan sonra mətbuat konfransında deyib.
O, qələbəni belə şərh edib: "Neftçi" pressinq edirdi. Onlar bizi ikinci zonada qarşılayırdı. Qapılara zərbə yoxdur. İkinci hissədə iki hücum oldu. Hər iki komanda bir-birinə oynamaq imkanıvermədi. Bu da gözlənilən idi. Əvvəlki matçlar da amansız mübarizə şəraitində keçmişdi".
Sadıqov yenidən zədələnən Filipe Paxtmandan da danışıb: "Bizi məyus edir. Amma onun istedadına inanıram. Allah qoysa, zədələri geridə qoyub, öz potensialını açacaq".