“Qəbələ” qələbəyə layiq oynadı - Qurban Qurbanov

22:37 8 Dekabr 2022

“Bəlkə sönük oyun kimi görmək olardı. Amma əsl kubok matçı idi. Hər iki komanda qalib gəlmək istəyirdi”.

 

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov “Qəbələ” ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

 

50 yaşlı mütəxəssis rəqibin yaxşı çıxış etdiyini bildirib: “Qəbələ” qələbəyə layiq oynadı. Maraqlı oyun alındı. Qalib gələ bilərdik. Amma son dəqiqələrdə ehtiyatsızlıqdan qol buraxdıq. Qəbələdəki oyun buradakından da baxımlı alına bilər”.

 

Qeyd edək ki, cavab görüşü dekabrın 19-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti