"Ronaldo əfsanədir, amma transferi mümkün deyil" - Nasser Əl-Xəlaifi

09:30 9 Dekabr 2022

“O, əfsanədir, ulduzdur. Mən onu həm futbolçu, həm də peşəkar kimi heyranam və sevirəm. O, heyrətamiz oyunçudur. İndi 37 yaşı var və hələ də gözəl oynayır".

 

Sportarena.az xəbər verir ki, bunu PSJ-nin prezidenti  Nasser Əl-Xəlaifi Kriştiano "Sky Sports"a açıqlamasında deyib .

 

Nasser Əl-Xəlaifi portuqaliyalı hücumçunun əfsanəvi futbolçu olduğunu, lakin onun mövqeyində çıxış edən kifayət qədər oyunçularının olduğu üçün belə bir transfer haqda düşünmədiklərini deyib:

"Hər klub onunla müqavilə imzalamaq istəyir. Bizim isə onun mövqeyində çoxlu futbolçularımız var. Düzünü desəm, bu, mümkün deyil”.

 

Qeyd edək ki, son klubu "Mançester Yunayted" olan 37 yaşlı Ronaldo ötən ay İngiltərə təmsilçisindən ayrılıb.


Digər xəbərlər

Xəbər xətti