"Mənim növbəti rekordumu qırdığı üçün sevinirəm".
Sportarena.az xəbər verir ki, bunu Braziliya millisinin əfsanəvi futbolçusu Pele Fransa yığmasının hücumçusu Kilian Mbappe haqqında sosial şəbəkə hesabında yazıb.
Üçqat dünya çempionu xəstəxanaya yerləşdirildikdən sonra ona dəstək olduğu üçün fransalı oyunçuya təşəkkür edib.
Qeyd edək ki, Kilian Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub. O, bu uğura Qətərdə keçirilən mundialda sahib çıxıb. Daha əvvəl rekord 24 yaşına çatmamış 7 dəfə fərqlənən Peleyə məxsus idi. Fransa seçməsi DÇ-2022-nin 1/4 finalında İngiltərə kollektivi ilə üz-üzə gələcək.