“4 il tez keçdi. Məni 2 dəfə yığmaya məşqçi təyin edənlərə ancaq təşəkkür edə bilərəm. Federasiyanın bütün əməkdaşlarına, özünü nümunəvi aparan və ideyasına sadiq qalan bütün futbolçulara minnətdaram".
Sportarena.az xəbər verir ki, mütəxəssis bunu öz Tvitter hesabında yazıb.
.
Luis Enrike yazının davam etdirib:
"Sizin üçün daha çox şey edə bilmədiyimə görə üzr istəyirəm. Oyunçuların və məşqçilərin xeyrinə yorulmadan çalışan bütün heyətə təşəkkür edirəm. Həm də hər zaman, xüsusən də ən çətin anlarda bizə dəstək olan azarkeşlərə minnətdaram. Artıq vidalaşmağın vaxtıdır. İndi milli komandanın hər mənada dəstəyə ehtiyacı var - bütün məqsədlərə çatmaq üçün Luis de la Fuente lazımdır. İrəli, İspaniya!"
Qeyd edk ki, Luis Enrikeni bu vəzifədə Luis de la Fuente təyin olunub.
Xatırladaq ki, Enrike 2019-cu ildən İspaniya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/8 finalda Mərakeşə (əsas və əlavə vaxt - 0:0) penaltilər seriyasında 0:3 hesabı ilə uduzub. Həmçinin Enrike bunadək 2018-2019-cu illərdə də yığmanı çalışdırıb. Komanda onun baş məşqçiliyi altında Avro-2020-də yarımfinala yüksəlib.