Şəhriyar Məmmədov əməkdar şahmat məşqçisinə belə kömək edir

10:45 9 Dekabr 2022

Azərbaycan şahmat yığmasının lideri Şəhriyar Məmmədyarov seans keçirəcək.

 

Sportarena.az xəbər verir ki, dekabrın 11-də "Grand Chess"də 50 manat dəyərində olacaq seansın təşkilində əsas məqsəd yığılan vəsaitin Əməkdar məşqçi Xalid Atababayevin müalicəsinə xərclənməsidi.

 

Belə ki, səhhətində ciddi problem olan adıçəkilən şahmat məşqçisi hazırda Türkiyədə müalicə olunur. Məmmədyarov da buna maddi dəstək göstərməyi özünə borc bilib. Yığılan maddi vəsait yeniyetmələr arasında bir sıra dünya və Avropa çempionlarını, medalçılarını yetişdirmiş, hazırda milli komandamızın üzvü Aydın Süleymanlının müəllimi olan Xalid Atababayevin müalicəsinə köçürüləcək.


Digər xəbərlər

Xəbər xətti