Braziliya millisinin sabiq üzvü Fred DÇ-2022-nin yarımfinalında Braziliya - Argentina oyununu görməyi arzulayır.
Sportarena.az xəbər verir ki, o, "Globe Esporte"yə açıqlamasında Argentina millisinin kapitanı Lionel Messinin kədər göz yaşlarını görmək istədiyini bildirib:
“Mən yarımfinalda Braziliya - Argentina oyununu görmək istəyirəm. Çaşqınlığı, qarışıqlığı, Neymarın oyununu və Messinin göz yaşlarını görmək istəyirəm".
Qeyd edək ki, Braziliya 1/4 finalda Xorvatiya, Argentina isə Niderlandla qarşılaşacaq. Bu gün keçiriləcək oyunların qalibləri yarımfinalda bir-biri ilə üz-üzə gələcək.