Məşqçi ilə yola getmədiyi üçün İngiltərə millisindən kənarlaşdırıldı

12:12 9 Dekabr 2022

İngiltərə millisinin üzvü Ben Uayt yığmanın Qətərdəki düşərgəsini tərk etməsinin əsl səbəbi bəlli olub.

 

Sportarena.az "Daly Star"a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi millinin baş məşqçisi Qaret Sautqeytin köməkçisi Stiv Hollanda yola getməyib

 

Mənbənin məlumatına görə, futbolçu komandadakı durumundan narazı olub.

 

Meydana çıxmaq şansı qazanmayan Uayt ABŞ-la oyun öncəsi futbolçuların yanında Hollandla dalaşmağa cəhd edib.

 

Bundan sonra onun millidən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib. Futbolçu Qətərə qayıtmayacaq.

 

Qeyd edək ki, daha əvvəl Uaytın şəxsi səbəblərə görə İngiltərəyə qayıtdığı haqda xəbərlər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti