“Çelsi”nin futbolçusu Hakim Ziyeş Mərakeş millisinin heyətində xüsusi şərtlərlə çıxış edir.
Sporarena.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi yığmada qazandığı pulu özünə götürmür.
O, əldə etdiyi gəliri ölkəsindəki yoxsul ailələrə verir. Ziyeş Niderlandda doğulmasına baxmayaraq, 2015-ci ildən Mərakeş millisinin formasını geyinir.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında iştirak edən Mərakeş yığması 1/4 finala yüksəlib. Komanda dekabrın 10-da bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq