"Ümidlərimizi cavab görüşünə saxladıq" - Murad Musayev

19:49 9 Dekabr 2022

"Ardıcıl iki oyundur ki, kobud səhvlərə yol veririk. Bu da bizi azlıqda buraxır. Öz işimizi çətinləşdiririk. Matçın gedişində dəyişiklik etməyə məcbur qalırıq. Ən yaxşı oyunumuzu oynamadıq. Şadam ki, iki qol vuraraq cavab görüşünə ümidlərimizi saxladıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə uduzduqları (2:3) ilk oyun barədə danışarkən deyib. O, görüşdən sonra təşkil olunan mətbuat konfransında bu qarşılaşmanı təhlil edərək səhvlərindən nəticə çıxaracaqlarını bildirib:

 

"Biz başa düşməliyik ki, "Sabah" "Qəbələ"dən, "Nefçti"dən, "Zirə"dən yüksək və aşağı deyil. Biz işimiz və intizamımıza görə yuxarıdayıq. Mexanizmdə bir şrup itirsə, bütün mexanizm itir. Bunlar olmasa, nəticə qazana bilmərik. Çoxdandır ki, bu cür motivasiyalı "Səbail" görməmişdim. Azərbaycanda hər komanda bizə qarşı meydana belə çıxır. Amma heç nə olmaz. Gərək təhlil edək, səhvlərdən nəticə çıxaraq və davam edək. Qorxulu bir şey baş verməyib".

 

Musayev "Səbail"in onlar üçün çətin rəqib olduğunu da vurğulayıb: "Onları udmaq üçün çox işləmək lazımdır. Başqa cür "Səbail"i məğlub etmək olmaz. Bu gün pis başladıq. Buna görə də istədiyimiz nəticəni qazana bilmədik. "Səbail"də yaxşı yerli futbolçular və legionerlər var. Onlara qarşı oynamaq çətindir. Üç matçdan ikisini uda bilməmişiksə, öz problemimizdir.Təhlil edəcəyik".

 

M.Musayev Denis Çerışevin "Sabah"a transfer olunacağı barədə yayılan məlumatlara da münasibət bildirib: "Xeyr. Bu, doğru deyil".

 

Çalışdırıcı görüşdəki hakim qərarları ilə bağlı isə bu sözləri deyib: "Hazırda hakim haqda danışmaq istəmirəm. Çünki heç nəyi dəyişmək olmaz. Emosional idim. Amma səbəbsiz deyildi".


Digər xəbərlər

Xəbər xətti