3-7 dekabrda Türkiyənin Antalya şəhərində yerli Özəl İdmançılar İdman Federasiyasının xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında təşkil etdiyi atletika yarışında Azərbaycan seçmə komandasının üzvləri də iştirak ediblər.
Sportarena.az xəbər verir ki, ölkəmizin təmsilçilərindən Mehriban Tağıyeva 100 metr, İsmayıl Əlizadə 110 metr, Rza Bayramov 110 metr məsafəyə qaçışda 1-ci, Fərid Ociyev 110 metr məsafəyə qaçışda 2-ci yeri tutublar. Adıçəkilən idmançıların hamısı uzunluğa tullanma üzrə yarışa da qatılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki yarışlarda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.