Argentina millisinin futbolçusu Lionel Messi əfsanəvi braziliyalı Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox assist etmə rekordunu yeniləyib.
Sportarena.az xəbər verir ki, kapitan DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bunu bacarıb.
Nahuel Molinanın 35-ci dəqiqədə vurduğu qolun məhsuldar ötürməsini verən 35 yaşlı hücumçu pley-offlarda 5-ci assist müəllifi olub. Ona qədər Pele 4 qol ötürməsi ilə rekordçu idi.
Messi mundialların bütün mərhələlərində ümumi assist saynı isə 7-yə çatdırıb. Bununla o, hazırda Qjeqoj Lato (Polşa) və Pyer Littbarski (Almaniya) ilə birlikdə ikinci sıranı bölüşdürür.
Argentina yığmasının kapitanı hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan 1 assist geri qalır.
Maradona mundiallarda aktivinə 8 qol ötürməsi yazdırıb.
Həmçinin ulduz oyunçu Niderland vurduğu qolla Argentina millisi tarixinin Dünya Çempionatlarında ən çox qol vuran oyunçusu rekorduna da şərik çıxıb.
O, 10 qola çataraq millinin əfsanə forvardı Batistutanın rekordunu təkrarlayıb.