Braziliya millisinin baş məşqçisi Tite istefa verib.
Sportarena.az xəbər verir ki, 61 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyundan sonra postunu tərk etdiyini açıqlayıb.
O, bu qərarı öncədən verdiyini bildirib: “Mənim dövrüm bitdi. Bunu bir il yarım əvvəl demişəm. Sözümün ağasıyam”.
Braziliya yığması DÇ-2022-də 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında Xorvatiyaya (2:4) məğlub olub.
Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisində məşqçi idi.