Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçında Braziliya millisi Xorvatiya ilə üz-üzə gəlib. "Edyukeyşn Siti" stadionunda oynanılan matçın əsas (0:0) və əlavə vaxtı (1:1) bərabərə qurtarıb. Penaltilər seriyasında Xorvatiya millisi Braziliyanı 2:4 hesabı ilə məğlub edərək ilk yarımfinalist olmağı bacarıb.
Günün digər oyunda isə Argentina və Niderland yığmaları qarşılaşıb. "Lusail" stadionunda oynanılacaq qarşılaşmada əsas vaxt (2:2) və əlavə vaxt (2:2) heç-heçə yekunlaşıb. Penaltilər seriyasında Argentina yığması Niderlandı (P- 3:4) məğlub edərək yarımfinala vəsiqə qazanıb.