Neymar Braziliya millisində qol sayına görə əfsanəvi oyunçu Pelenin rekordunu təkrarlayıb.
Sportarena.az xəbər verir ki, 30 yaşlı hücumçu DÇ-2022-nin 1/4 finalında Xorvatiya ilə matçda fərqlənməklə nail olub.
Neymar yığmada 77-ci qolunu vuraraq Pelenin rekordunu təkrarlayıb. O bu göstəriciyə 124, Pele isə 92 matçda çatıb.
Qeyd edək ki, Braziliya DÇ-2022-nin 1/4 final mərhələsində xorvatiyaya penaltilər seriyasında məğlub olaraq mundialla vidalaşıb.