"Penaltilər seriyasında qalib gələcəyimizi düşünürdük” - Lui van Qal

09:31 10 Dekabr 2022

Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin 1/4 finalında Argentinaya məğlub olaraq (2:2, penaltilər seriyası - 3:4) turnirdə mübarizəni dayandırmaları haqqında danışıb.

 

 

Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssis deyib:

 

“Futbolçulardan klublarında oynadıqları vaxt penalti zərbələrini məşq etmələrini xahiş etdim. Onlar da mənə qulaq asdılar. 0:2 hesabı ilə geridə olarkən hesabı bərabərləşdirmək  fantastik nailiyyət idi. Ona görə də penaltilərdə uduzmağı qəbullanmaq çətindir. Hər şeyi düzgün hazırladığımız üçün özümü qınaya bilmərəm. Futbolçularım sona qədər mübarizə apardılar və onlar indi paltardəyişmə otağında məyusdurlar. Çox qürur duyuram ki, 20 matçdır məğlub olmamışıq. Penaltilər seriyasında ilk iki qolu vura bilmədik və bu, digər futbolçuların üzərində təzyiq yaratdı. Penaltilər hələ də lotereyadır və xoşbəxtlikdən Argentina qazandı. Etiraf edim ki, keçirdiyimiz məşq sayəsində penaltilər seriyasında qalib gələcəyimizi düşünürdük”.

 

Qeyd edək ki, Argentina  yarımfinalında Xorvatiya ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 13-də oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti