Lui van Qal futbol üzrə Niderland milli komandasının baş məşqçisi postunu tərk etdəcəyini deyib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında komandasının uduzmasından sonra jurnalistlərə 71 yaşlı mütəxəssisin özü məlumat verib:
“Niderland millisinin baş məşqçisi kimi işləməyə davam etməyəcəyəm, bu, həqiqətən də mənim son oyunum idi, millidəki üçüncü dönəmim başa çatdı”.
Qeyd edək ki, Niderland Argentinaya penaltilər seriyasında uduzaraq mundialla vidalaşıb.