DÇ-2022-nin 1/4 final mərhələsində Argentina və Niderland milliləri üz-üzə gəlib. Argentina penaltilər seriyasında qalib gələrək adını yarımfinala yazdırıb.
Sportarena.az xəbər verir ki, adı çəkilən matçdan sonra rəqiblər arasında gərginlik yaranıb.
Argentinanın kapitanı Leo Messi "TyC Sport"un canlı efirində müsahibə verərkən Niderlandın hüçumçusu Veqhorsta "nəyə baxırsan, axmaq? Get buradan" deyib.
Veqhorst isə müsahibəsində 35 yaşlı hücumçunun onu təhqir etdiyini dedi: "Messi məni xəyal qırıqlığına uğratdı. Əlini sıxmaq istədim, amma əlini uzatmadı. Xoş olmayan sözlər dedi".
Veqhorstun sözlərindən sonra Messi açıqlama verərək niderlandlı oyunçunun onu əsəbləşdirdiyini dilə gətirdi: “19 nömrə (Veqorst) bizi əsəbləşdirməyə çalışırdı".
Argentinanın sabiq oyunçusu Aquero da köhnə komanda yoldaşına dəstək çıxdı: "Veqorst Messiyə "Bura gəl" dediyi üçün onun yanına gedib susmalı olduğunu dedim".