DÇ-2022: Mundial rekordu qırıldı

12:01 10 Dekabr 2022

Qətərdə davam edən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində vərəqələrin sayına görə mundial rekordu qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, rekord Niderland və Argentina milli komandaları arasında keçirilən oyunda qırılıb.

 

İspaniyalı referi Antonio Mateu 1/4 final matçında 3-ü penaltilər seriyasında olmaqla 15 sarı və 1 qırmızı vərəqə göstərib.

 

Niderlandlı müdafiəçi Denzel Dumfries rəqiblərlə mübahisəyə görə penaltilər seriyasında əvvəl sarı, daha sonra ikinci sarı vərəqə alaraq meydandan qovulub.

 

Qeyd edək ki, Argentina rəqibini penaltilər seriyasında məğlub edərək yarımfinala vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti