FIFA prezidenti Canni İnfantino Qətərdə keçirilən dünya çempionatında Argentina və Niderland yığmaları arasında 1/4 final oyunu zamanı vəfat edən jurnalist Qrant Uolun ailəsinə və yaxınlarına başsağlığı verib.
Sportarena.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı funksioner media nümayəndəsinin bir neçə gün əvvəl DÇ-2022 üçün qeydiyyatdan keçdiyini söyləyib.
İnfantino Uolun ardıcıl 8-ci mundialda iştirak etdiyini xatırladıb.
Qurum rəhbəri dünyasını dəyişən jurnalistin futbol sevgisinin də böyük olduğunu söyləyib.
Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.