"Oyun qızğın keçdi, amma bu, 1/4 finaldır. Meydanda olanlar isə meydanda qalır. Təbii ki, meydançada 11 nəfərimiz var idi. Messi çox vacib futbolçudur və o, bütün zamanların ən yaxşısı olduğunu göstərdi. Bz xoşbəxtik ki, Messi komandamızdadır".
Sportarena.az xəbər verir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin 1/4 finalında Niderlanda qalib gələrək (2:2, penaltilər seriyası - 4:3) yarımfinala adlamalarını şərh edərkən deyib.
Məşqçi Niderlandın onların gözləmədiyi formada oynadığını dilə gətirib: "Niderland onlardan gözləmədiyim formada oynadı. Amma necə oynayacağına hər komanda, hər məşqçi qərar verir. Mən onların futbol fəlsəfəsi haqqında danışmayacağam. Amma əslində ikinci hissədə bu, bizim üçün çirkin oyun oldu”.
Qeyd edək ki, Argentina yarımfinalda Xorvatiya ilə qarşılaşacaq. Matç dekabrın 13-də keçiriləcək.