"Sabah"ın və Azərbaycan millisinin futbolçusu Namik Ələskərov əməliyyat olunub.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib.
Həkimlərin rəyinə əsasən, Ələskərov təxminən bir ay sonra komanda ilə məşqlərə qoşulacaq.