"Şamaxı" futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 1,5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, daha əvvəl Emil Qasımovu heyətinə qatan "Şamaxı" Rövşən Şahmuradovun da müqaviləsini yeniləyib.