Məşhur qapçının ayağı sındı

16:58 10 Dekabr 2022

Almaniya millisinin üzvü və "Bavariya"nın qapıçısı Manuel Noyerin ayağı sınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 36 yaşlı oyunçu öz sosial şəbəkə hesablarında məlumat yayıb. Noyer mövsüün onun üçün erkən başa çatdığına görə məyus olduğunu bildirib:

 

“Hər kəsə salam, bircə onu deyə bilərəm ki, ilin sonu mütləq daha yaxşı keçə bilərdi.  Xizək sürərkən ayağımı sındırdım. Dünən əməliyyat uğurla keçdi. Həkim heyətinə təşəkkür edirəm. Bununla belə, bu mövsüm mənim üçün başa çatdığını başa düşmək ağrılıdır. Özünüzün və yaxınlarınızın qayğısına qalın! Hörmətlə, Sizin Manueliniz”.


Digər xəbərlər

Xəbər xətti