DÇ-2022-nin 1/4 final mərhələsi çərçivəsində Portuqaliya və Mərakeş milliləri üz-üzə gəlib.
Sportarena.az xəbər verir ki, Mərakeş millisi Portuqaliyanı minimal hesabla məğlub edib.
Mərakeş millisi dünya çempionatları tarixində yarımfinala yüksələn ilk Afrika təmsilçisi olmağı bacarıb.
Mundialla vidalaşan Portuqaliyanın ulduz oyunçusu Ronaldu isə oyundan sonra göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Qətər mundiallının oyunçu üçün son dünya çempionatı olduğu təxmin edilir.