DÇ-2022-nin 1/4 final mərhələsində Portuqaliya və Mərakeş milliləri üz-üzə gəlib.
Sportarena.az xəbər verir ki, Mərakeş millisi minimal hesabla qalib gələrək adını yarımfinala yazdırarkən, Portuqaliya mundialla vidalaşıb.
Matçdan sonra Portuqaliyanın müdafiəçisi Pepe oyunu şərh edib:
"Dünən Messi və Argentinanın vəziyyətindən sonra bu matçda argentinalı hakimin təyinat alması qəbuledilməzdir. Mərakeşin qapıçısı oyunboyu vaxt keçirirdi, amma matça cəmi 8 dəqiqə əlavə edildi. Bu gün gördüklərimdən sonra kuboku Argentinaya verə bilərlər".