"Ronaldonu ehtiyatda saxladığım üçün peşman deyiləm" - Santuş

09:02 11 Dekabr 2022

"Ronaldonu ehtiyatda saxladığım üçün peşman deyiləm".

 

Sportarena.az xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Qətərdə keçirilən dünya çempionatında Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

 

68 yaşlı mütəxəssis 37 yaşlı hücumçunun İsveçrəni 6:1 hesabı ilə darmadağın etdikləri 1/8 final matçında da ehtiyatda qaldığını xatırladıb: "Həmin qarşılaşmada komanda çox yaxşı çıxış etdi. Ronaldo əla futbolçudur. Bugünkü görüşdə həqiqətən lazım olduğunu anlayanda onu meydana buraxdıq. Dediyim kimi, qərarıma görə təəssüflənmirəm".

 

Qeyd edək ki, Portuqaliyanı mübarizədən kənarlaşdıran Mərakeş millisi tarixində ilk dəfə yarımfinala yüksəlib. Afrika təmsilçisi yarımfinalda Fransa ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti