Uqo Lyorisdən iki rekord birdən

09:13 11 Dekabr 2022

İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyoris Fransa millisinin tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı 1/4 final matçında meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən oyunçu olub.

 

143-cü dəfə millinin formasını geyinən kapitan Lilian Türama məxsus rekordu (142) yeniləyib.

 

O, həmçinin mundiallarda ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub - 18.

 

Qeyd edək ki, Fransa matçdan 2:1 hesabı ilə qalib ayrılaraq yarımfinala yüksəldi.


Digər xəbərlər

Xəbər xətti